MyDay sosial şəbəkə - Haqqımızda
MyDay sosial şəbəkə - Haqqımızda
Konsept : Mənim günüm (MyDay) adlı web layihə, Sosial şəbəkə kimi fəaliyyət göstərən əyləncəli internet platforması kimi nəzərdə tutulur. Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik sistemli sosial şəbəkəkə yoxdur. Bunu nəzərə alaraq bizim təklif etdiyimiz MyDay layihəsi həm də Azərbaycanın ilk milli sosial şəbəkəsi olacaqdır.

Məqsəd : Park Bulvara gələn qonaqları xüsusən də gənclərlə Park Bulvarın əyləncəli dialoqunu qurmaq onların park bulvardakı gününü daha əyləncəli hala gətirmək, müxtəlif müsabiqələr və mükafatlarla gənc nəslin Park Bulvara daimi gəlmələrini təşviq etmək.

Myday : Mənim günüm adlı Sosial Şəbəkəsində istənilən şəxs pulsuz qeydiyyatdan keçərək orada öz səhifəsini yaradır. Şəkillərini, musiqi və videolarını paylaşır. Şəbəkədəki insanlar bir-birlərinə rəy yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları olacaq. Nəticədə isə lazımi qədər like toplayan şəxs müəyyən mükafatların qalibi elan ediləcək.

Mükafatlar : Park Bulvarda yerləşən restoranlar, əyləncə və cinema, mağazalardan hədiyyə və ya endirim kuponu verilə bilər. Bu mükafatlar özünü reklam xarakteri daşıyır.